Koronavirusla bağlı Azərbaycandakı vəziyyətə dair mətbuat konfransı keçiriləcək




Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi koronavirus pandemiyası (COVID-19) ilə bağlı mətbuat konfransı keçirəcək.

Nümayəndilikdən AFN-ə verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd Azərbaycan hökümətinə cavab və hazırlıq tədbirləri ilə bağlı dəstək göstərmək üçün gəlmiş missiyanın yekunlarına dair məlumat verməkdir.

Mətbuat konfransı sabah saat 17.00-da başlayacaq.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 125 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 129 158-ə çatıb. Bunların 68 654 nəfəri sağalıb, 4 749 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu