"İctimai" TV-nin əməkdaşı BİNADAN YIXILDI (YENİLƏNDİ)




Bu gün təxminən saat 12:40 radələrində İctimai Televiziya və Radio Yayımları Şirkətinin eşitmə və danışma qüsurlu əməkdaşı Rasim Babayev qurumun inzibati binasının altıncı mərtəbəsindən yerə yıxılıb.

Bu barədə "Report"a şirkətdən məlumat verilib.

Bildirilib ki, şirkət əməkdaşları tərəfindən dərhal Təcili Tibbi yardım çağırılıb: "Rasim Babayev xəstəxanaya aparılıb. Hazırda o həkimlərin nəzarətindədir".

Məlumatda qeyd edilib ki, hadisə əməkdaşın birbaşa əmək funksiyalarını yerinə yetirən zaman yaşanmayıb: "Bununla bağlı aidiyyatı orqanlara məlumat verilib".

****
14:20

Bakıda “İctimai” televiziyasının binasında xoşagəlməz hadisə baş verib.



Lent.az -ın əldə etdiyi məlumata görə, televiziyanın əməkdaşı binanın 6-cı mərtəbəsindən yıxılıb. Rasim adlı əməkdaşın 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Bu xəbəri Mərkəzdən Lent.az -a təsdiqlədilər. Bildirilir ki, vəziyyəti ağırdır.

Hadisənin intihar olduğu, yaxud ehtiyatsızlıqdan baş verdiyi hələ ki məlum deyil.

Xəbər barədə əlavə məlumat verəcəyik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu