Təcili yardım maşını qəzaya uğradı, tibb işçiləri yaralandı
Bu gün səhər saatlarında Salyan-Biləsuvar avtomobil yolunda təcili yardım maşını qəzaya uğrayıb.
"Report"un məlumatına görə, hadisəyə dumanlı hava şəraitinin səbəb olduğu bildirilir.
Hadisə nəticəsində Bakıdan Lənkərana xəstə aparan təcili yardım briqadasının əməkdaşları - həkim, 1955-ci il təvəllüdlü Sidiqə Quliyeva və tibb bacısı, 1983-cü il təvəllüdlü Gülarə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.