Təcili yardım maşınının sürücüsü qısqanclıqdan həkimi öldürdü




Rusiyanın Moskva şəhərində təcili yardım maşınının sürücüsü həkimi öldürüb.

MK-nın yaydığı xəbərə görə, onlar ər-arvad olublar.

Bildirilir ki, həmin şəxslərin oğlu polisə müraciət edərək, atasının evdə anasını döydüyünü deyib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanının əməkdaşları mənzilin içəridən bağlanan qapısını aça biliblər.

Onlar otaqların birində kardioloq qadını ölü, əri olan sürücünü isə yaralı vəziyyətdə tapıblar.

Kişinin arvadını öldürdükdən sonra intihar etmək istədiyi təxmin edilir. Xəstəxanaya çatdırılan həmin şəxsin həyatını xilas edə biliblər.

Ölüm faktı ilə bağlı cinayət işi açılıb. İlkin məlumatlara görə, hadisə qısqanclıq zəminində törədilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu