Fransada ailəsini girov saxlayan kişi zərərsizləşdirildi




Fransanın şimal-şərqindəki La Şapel Sent Lyuk şəhərində polis silahlı şəxsi saxlayıb və onun girov götürdüyü ailə üzvlərini azad edib.

“Report” TASS-a istinadən xəbər verir ki, əməliyyatı Fransa polisinin terrorla mübarizə üzrə xüsusi dəstəsi - “Raid” keçirib.

Xatırladaq ki, dünən polis bölməsinə mübahisə ilə bağlı şikayət daxil olub. Hadisə yerinə gələn polis şikayət edilən sakinlərin qaldığı mənzilə girə bilməyib. Ev sahibi polisə qapını açmaq əvəzinə, polis maşınlarına tərəf atəş açıb, ailə üzvlərini girov götürərək evə qapanıb. Cinayətkarla danışıqlar təxminən 16 saat davam edib.

Fransa KİV-ləri keçən il bu kişinin əlində qılıncla şəhər küçəsində gəzərkən saxlanıldığını yazır.

Kommuna merinin sözlərinə görə, saxlanılan şəxs psixi pozğunluqdan əziyyət çəkir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu