Almaniyada xəstəxanada girov həyəcanı
Almaniyanın Axen şəhərində bir xəstəxanada silahlı bir şəxsin bəzi insanları girov götürdüyü xəbəri alındıqdan sonra hadisə yerinə çoxlu sayda polis qrupu göndərilib.
Almaniyanın Axen şəhərindəki Luisen xəstəxanasında silahlı bir şəxsin bəzi insanları girov götürməsi xəbərini alan təhlükəsizlik qüvvələri hərəkətə keçib.
Hadisə yerinə çoxlu sayda polis və yanğınsöndürmə briqadası göndərilib.
Axen polisindən verilən açıqlamada, 'Hazırda Axendəki Luisen Xəstəxanasında polis və yanğınsöndürənlər xidmətdədir. Mümkün təhlükənin əlamətləri var. Xəstəxananın ətrafı mühasirəyə alınıb", deyə qeyd edilib
Alman mətbuatında çıxan bəzi xəbərlərdə silahlı qadının xəstəxanada bir otaqda özünü kilidlədiyi iddia edilib.