Hollandiyanın Ede bölgəsindəki kafedə çoxlu insan girov götürülüb


Hollandiyanın Gelderland əyalətinin Ede şəhərindəki kafedə insanların silahlı şəxs tərəfindən girov götürüldüyü bildirilir.


Təhlükəsizlik qüvvələri hadisənin terrorla əlaqəli olduğuna dair heç bir dəlil olmadığını açıqlayıb.

Ede qəsəbəsində silahlı şəxs kafedəki insanları girov götürüb. Bölgəyə çoxlu sayda təhlükəsizlik qrupu sövq edilib.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınarkən ətrafdakı evlərin boşaldıldığı açıqlanıb.

Polis hadisənin terrorla əlaqələndirilməsinə dair heç bir dəlilin olmadığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu