Qobustanda bir ailənin 5 üzvü zəhərləndi, nənə öldü - YENİLƏNİB




Qobustan rayonunda kütləvi zəhərlənən şəxslərdən biri ölüb.

TƏBİB-in Mətbuat Xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, yaşlı qadın – nənə qanda olan dəyişiklikdən beyin qansızması keçirib və o, vəfat edib: “Uşaqlardan biri isə hazırda əməliyyatdadır”.

***09:30

Qobustan rayonunda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

"Report"un xəbərinə görə, hadisə martın 2-si saat 18:30 radələrində baş verib.

Belə ki, Qobustan şəhər sakinləri - 1983-cü il təvəllüdlü Şıxəliyev Elnur Amil oğlu, 1986-cü il təvəllüdlü Şıxəliyeva Gülçiçək Bərkdəmir qızı, 2009-cu il təvəllüdlü Şıxəliyev Məhəmməd Elnur oğlu, 2006-cı il təvəllüdlü Şıxəliyeva Könül Elnur qızı və Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Şıxəliyeva Gülminə Gülbaba qızı siçan dərmanından zəhərlənib.

Onlar təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu