SSRİ-nin ordu generalı maşının altında qalaraq öldü – ANBAAN VİDEO




Sovet generalı Vladimir Şuralyov Rusiyanın paytaxtında baş vermiş yol-nəqliyyat hadisəsində ölüb.

Bu barədə REN TV xəbər yayıb.

Bildirilir ki, müşahidə kameraları hadisə baş verən anın görüntülərini qeydə alıb.

Kadrlarda görünür ki, general hərəkət edən furqonlu maşının altında qalıb.

V.Şuralyov dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək olmayıb.

Qəza ilə bağlı cinayət işi açılıb.

Aprelin 3-də generalın 85 yaşı olacaqdı.//oxu.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu