Türkiyə-Gürcüstan sərhədində nəzarət gücləndirildi




Türkiyədən Gürcüstana daxil olan TIR sürücüləri pasport nəzarətindən keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Türkiyənin Gürcüstandakı səfirliyindən bildirilib.

Bu barədə qərar koronavirus təhlükəsinin qarşısının alınması məqsədi ilə qəbul olunub.

Məlumatda vurğulanıb ki, son 21 gün ərzində Çin, İran, Cənubi Koreya və İtaliyaya səyahətə dair pasportlarında viza olan şəxslərin Gürcüstana daxil olmalarına icazə verilmir.

Qeyd edək ki, Türkiyə vətəndaşları Gürcüstan ərazisinə şəxsiyyət vəsiqəsi ilə daxil ola bilirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu