Ucarda minik avtomobili "TİR"la toqquşdu: 1 ölü, 4 yaralı - YENİLƏNİB, FOTOLAR




Ucarda yol qəzasında ölən və xəsarət alanların adları məlum olub.

Qəza nəticəsində ölən şəxsin Gürcüstan vətəndaşı Qərəkməzli Namiq Vahid oğlu olması müəyyən ediulib.


Xəsarət alanlar isə Bakı şəhər sakinləri – sürücü, Eldar Tofiq oğlu Qarayev, Sahib Eldar oğlu Qarayev, Fatimə Sabir qızı Qarayeva və Kamalə Sabir qızı Əliyevadır.

***

saat 16:13

Ucarda baş verən yol qəzasında xəsarət alanlardan biri ölüb.

Xəsarət alanlardan bir nəfəri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

***

saat 16:03

Ucarda ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saatlarında Bakı-Qazax yolunun Ucar rayonunun Qaradağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1964-ci il təvəllüdlü Eldar Tofiq oğlu Qarayevin idarə etdiyi "Mercedes" markalı minik maşını ilə Türkiyə vətəndaşının idarə etdiyi "TİR" toqquşub. Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Maşında sıxılmış vəziyyətdə qalan şəxsləri Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çıxarıb. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.









AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu