Bakı məktəbində valideyn nəzarətçini döydü




Bakıda məktəb nəzarətçisi valideyn tərəfindən döyülüb.

AFN “report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən 251 saylı tam orta məktəbində qeydə alınıb.

Belə ki, həmin məktəbdə oxuyan şagirdlərdən birinin valideyni F.K. (qadın) dərs zamanı otağa daxil olmaq istəyib.

Bu zaman məktəbin nəzarətçisi, 1984-cü il təvəllüdlü X.Həsənova onu içəri buraxmayıb.
Nəzarətçi ilə mübahisə edən valideyn ona hücum edərək saçından tutub.

Yaxınlıqda olan digər şəxslər onları ayırıb.

Daha sonra X.Həsənova bu barədə hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu