Türkiyəni qan gölünə çevirmək istəyən terrorçular belə ələ keçdi - VİDEO




Türkiyədə müxtəlif şəhərlərdə terror aktı törətmək istəyən bir qrup terrorçu yaxalanıb.[b][/b]

xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Bildirilir ki, saxlanılan şəxsləri Bursa Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə Şöbəsi uzun müddətdir, axtarırmış.

PKK terror təşkilatının üzvü olan 31 yaşlı H.D. və 26 yaşlı F.K. müxtəlif şəhərlərdə partlayış törətməyi planlaşdırırmış.

Onlar dindirilmə zamanı gizlətdikləri 5 kiloqramdan artıq partlayıcı maddənin yerini istintaqa bildiriblər.

Terrorçularla əlbir olan daha iki nəfər isə Kocaeli və Antalya şəhərlərində saxlanılıb.//BAKU.WS



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu