Bakıda yeddi yaşlı qızı zorlamaq istədilər
Bakının Xəzər rayonunun hüquq-mühafizə orqanlarına azyaşlı qız uşağına qarşı təcavüzə cəhd edildiyi barədə məlumat daxil olub.
AFN “ölkə.az"a istinadən xəbər verir ki, fevral ayının 3-də Binə qəsəbəsində yaşayan 32 yaşlı qadın Xəzər rayonu 3-cü Polis Bölməsinə müraciət edib.
Qadın bildirib ki, 29 yaşlı qonşusu onun yeddi yaşlı qızına qarşı cinsi təcavüz etməyə cəhd göstərib.
O həmçinin söyləyib ki, səhər saatlarında qonşusu onun mənzilinə daxil olaraq uşağa hücum edib.
Xoşbəxtlikdən təcavüzkar öz istəyinə nail ola bilməyib.
Azyaşlının hay-küy salması təcavüzkarı qorxudub.
Hazırda istintaq məlumatın hansı dərəcədə doğru olduğunu araşdırır.
Faktla bağlı hələlik saxlanılan yoxdur.