"Gəlinin əri öləndə ikinci dəfə qəbir qucaqlayar" - VİDEO
"Rəhmətlik atam o vaxt deyərdi ki, gəlinin əri rəhmətə gedəndə ikinci dəfə qəbir qucaqlayar".
Bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva Zaur Kamalın aparıcısı olduğu "5/5" verilişində deyib.
Sənətçi ailə qurmamasının səbəbini belə izah edib:
"Yekə balası olan ailə qurar? Atası rəhmətə gedəndə oğlumun 15 yaşı vardı. Ay Zaur, 10 dəfə də ailə qursaydım, o tale mənimlə olacaqdı. Demə, atam düz deyirmiş, qadını ikinci dəfə qəbir qucaqlamalıdır".
Qeyd edək ki, 67 yaşlı sənətçi 16 yaşında ailə qurub.