Bakıda yol polisinə soyuq silahla hücum olub




Bıçaqla DYP əməkdaşına xəsarət yetirmək istəyən sürücünün zərərsizləşdirilməsi barədə DİN-in Baş Dövlət Yol Polisi (DYP) İdarəsi məlumat yayıb.

AFN-ə daxil olan məlumatda deyilir:

"31.01.2020-ci ildə saat 10:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun paytaxtın Qaradağ rayonu ərazisindən keçən 68-ci kilometrində qabaq şüşəsinə sayrışan işıqlar quraşdırıldığına görə YPX inspektorları tərəfindən saxalanılan “Reanault Tondar” markalı, 99-UD-071 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Seyidzadə Mirsamir Mirhəşim oğlu əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmayaraq əlindəki bıçaqla polis əməkdaşına xəsarət yetirməyə cəhd edib, lakin YPX inspektoru polis baş serjantı Anar İbrahimovun cəld hərəkəti və çeviklyi nəticəsində zərərsizləşdirilərək istifadə etmək istədiyi soyuq silahla birlikdə istintaq orqanlarına təhvil verilib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu