Şirvanda yaşayan məcburi köçkünlər Vüqar Bayramova böyük etimad nümayiş etdirdilər - FOTOLAR




84 saylı Füzuli şeçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov seçicilərlə görüşlərini davam etdirir. Bugün (21 yanvar 2020) Şirvan şəhərində seçicilərlə səmimi ünsiyyət quran Vüqar Bayramov onların problemləri ilə maraqlanıb, rəy və fikirlərini dinləyib.



Deputatlığa namizəd öz çıxışında seçiciləri əmin edib ki, millət vəkili kimi daim onların yanında olacaq: “Millət vəkili seçiciləri qarşısında məsuliyyətli olmalıdır. Bu, yeni dövrün çağırışıdır! Seçki şüarımda qeyd etidiyim kimi, Elimə, yəni, sizlərə və Elmimə güvənirəm. Elimin dəstəyinin bugünədək qazandığım elmimlə birləşdirərək Azərbaycan üçün nümunəvi millət vəkili və seçici münasibətlərinin inkişafına dəstək olacağıma əminəm.”

Görüşdə iştirak edən Qarabağ qazisi, Milli Qəhrəman Vahid Quliyev seçiciləri Milli Məclisdə Vüqar Bayramov kimi yeni qitisadi təfəkkürlü insanların təmsil etməsinin bütövlükdə ölkəmiz üçün böyük fayda verəcəyinə inandığını vurğulayıb: “Mənim burada çıxış etməyimin bircə səbəbi var: 9 fevralda Vüqar Bayramova səs verək ki, bizi Milli Məclisdə onun kimi savadlı, qabiliyyətli gənclər təmsil etsinlər, ölkəmizin gələcək inkişafına təkan versinlər. Mən həm Qarabag döyüşcüsü, həm də həmyerli kimi Sizdən xahiş edirəm, gəlin, bu şansı itirməyək, Vüqar müəllimə dəstək olaq.”

Digər bir Qarabağ qazisi Məmmədhəsən Həsənov Vüqar Bayramovun hər zaman məcburi köçkünlərin, qazilərin, şəhid ailələrinin problemlərini diqqətdə saxladığını qeyd edib: “Vüqar müəllim təkcə Azərbaycanda deyil, bütün dünyada nüfuzu olan, Cənubi Qafqaz və Orta Asiyada 8 ildir ki, liderliyini qoruyan bir beyin mərkəzi yaradıb: “Vüqar müəllim bizim problemlərimizi bizdən yaxşı bilən insandır. O, tək Füzuli rayonu üçün deyil, bütövlükdə Azərbaycan üçün layiqli millət vəkili olacaq”.

Sonda çıxış edən seçiçilər Vüqar Bayramova seçkilərdə uğurlar arzulayıb, 84 saylı Füzuli seçki dairəsindən ən layiqli namizəd kimi onu gördüklərinə əminliklərini ifadə ediblər.











AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu