Putin Konstitusiyaya dəyişikliklə bağlı qanun layihəsini Dumaya təqdim etdi
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Konstitusiyaya dəyişikliklə bağlı qanun layihəsini Dövlət Dumasına təqdim edib.
APA-nın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin mətbuat katibi Dmitri Peskov deyib.
"Rusiya Prezidentinin qanun layihəsinin Dövlət Dumasında baxılmasında təmsilçiləri Konstitusiya Komissiyasının həmsədrləri Andrey Klişas, Pavel Kraşeninnikov və Taliyə Xabriyeva olacaq", - deyə D. Peskov bildirib.