Avstraliya dəvə qətliamını gerçəkləşdirdi: 5 mini snayperlə...




Avstraliya heyvansevərlərin hiddətinə səbəb olan qərarı gerçəkləşdirib.



Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyada nəzarət altına alına bilməyən yanğınlar və quraqlıqdan əziyyət çəkən Cənubi Avstraliya əyalətində şirin su qaynaqlarını tükətdiyi iddiası ilə 5000-ə yaxın dəvə helikopterlərdən snayperlərin açdığı atəş nəticəsində öldürülüb.

Xatırladaq ki, yerli idarəçilər ötən həftə 10 minə yaxın dəvəni öldürəcəklərini açıqlamışdılar. Bu qərara həm ölkə daxilində, həm də xaricdə heyvansevərlər sərt reaksiya bildirmişdilər. Avstraliyada 1 milyon 200 mindən çox dəvə olduğu bildirilir.

Qeyd edək ki, qitədə sentyabr ayından başlayan yanğınlar 10 milyon hektara yaxın ərazini kül edib, 2 mindən çox ev yanıb, yarım milyarda yaxın canlı isə tələf olub. Yanğın nəticəsində 25 nəfər də həyatını itirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu