İstanbulda ticarət mərkəzinin tavanı çökdü
İstanbulun Beşiktaş rayonunda ticarət mərkəzlərindən birinin tavanı uçub.
APA-nın yerli bürosunun “CNN-Türk”ə istinadla verdiyi xəbərə görə, asma tavanın çökməsi nəticəsində ticarət mərkəzinin kafesində olanlardan 6 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.