Ektrasens Almazın törətdiyi qəzada qardaşı oğlu öldü
Xəbər verdiyimiz kimi, dünən Hacıqabulda “Toyota" markalı avtomobilin aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzanı törədən şəxs tanınmış ektrasens Almaz Yolçiyevadır (Ədilova). Hadisə Atbulaq kəndi ərazisində, dekabrın 21-də saat 16 radələrində qeydə alınıb.
Nəticədə Almaz Yolçiyevanın sərnişinlərindən biri, qardaşı oğlu Fuad Ədilov xəstəxanaya aparılarkən yolda ölüb.
Digər yaralılar 2003-cü il təvəllüdlü Yolçiyeva Sevgi, 2016-cı il təvəllüdlü Qarayev Fərid, 2006-cı il təvəllüdlü Yolçiyeva Gülər, 2007-ci il təvəllüdlü Qarayeva Ayşən və 2004-cü il təvəllüdlü Qarayeva Nərmindir.
Hazırda ektrasens özü və yaralı olan sərnişinləri Hacıqabul Mərkəzi Xəstəxanasında müalicə alırlar.