Salyanda iki gün əvvəl toya gedən şəxsin meyiti tapılıb - FOTO
Salyanda toydan çıxıb itkin düşən kişinin cəsədi üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Virtualaz.org-un Şirvan bürosu xatırladır ki, rayonun Xıdırlı kəndinin 35 yaşlı sakini, iki azyaşlı uşaq atası Qalib Valeh oğlu Paşayevin cəsədi müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayonlararası şöbəsinə gətirilmişdi.
* * *
Salyanda iki gün əvvəl toya gedərək itkin düşmüş şəxsin cəsədi kənddəki şadlıq evinin yaxınlığındakı qamışlıqdan tapılıb.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, rayonun Xıdırlı kənd sakini , 1984-cü ildə anadan olmuş Qabil Valeh oğlu Paşayev iki gün əvvəl qonşu Yenikənd kəndində yerləşən şadlıq evində sünnət toyunda iştirak etdikdən sonra itkin düşüb. Bu gün səhər saatlarında isə Q.Paşayevin cəsədi şadlıq evinin yaxınlığındakı qamış basmış baxımsız yerdən tapılıb.
Hazırda iki azyaşlı oğul atası olan mərhumun cəsədi müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayonlararası şöbəsinə gətirilib.