“Nərminin cəsədi yanarkən tapılıb" - VİDEO




Tovuzda itkin düşən azyaşlı qızın meyiti yaşadığı evin yaxınlığında tapılıb. Qonşular cəsədi yanarkən tapıblar. Kənd sakinlərinin bildirdiyinə görə, Nərmin Şərif qızı Quliyevanın meyiti ötən gün axşam saat 19.20 rədələrində evin yaxınlığına atılıb.



"Qafqazinfo" xəbər verir ki, mərhumun nənəsi Minayə İsmayılova Sputnik Azərbaycan-a açıqlamasında cəsədin atıldıqdan sonra yandırıldığını deyib.

"Qonşu axşam yola siqaret çəkməyə çıxıbmış. Görüb ağacın dibində nəsə yanır. Qaçıb başqa qonşunun uşağıyla birgə söndürüb. Üzərinə torpaq töküb söndürüblər. Hər ikisini axşamdan polis şöbəsinə aparıblar", - deyə İsmayılova bildirib.

Meyit tapılan əraziyə gələn Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin əməkdaşları baxış keçiriblər. Hadisə yerindən iş üçün zəruri olan bütün maddi sübutlar götürülüb.

Azyaşlının meyiti ərazidən götürülərək ekspertizaya göndərilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu