Ünvanlı dövlət sosial yardımı hazırda 70 min ailəyə verilir - nazirlik




Hazırda 70 mindən çox aztəminatlı ailə ünvanlı dövlət sosial yardımı ilə əhatə olunub.



AFN xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Həmin ailə üzvlərinin sayı 300 min nəfərə çatır. Bir ailəyə orta aylıq məbləğ 240 manata yaxındır. Müqayisə üçün deyək ki, bir ailəyə orta aylıq məbləğ 2018-ci ildə 174,6 manat olub. Əlavə olaraq bildirək ki, bu yardımı alan ailələrdə olan 1 yaşa qədər uşağa görə isə əlavə 55 manat aylıq müavinət verilir.

Qeyd edək ki, ÜDSY üçün müraciət elektron formada aparılır. Vətəndaşlar təmsil etdikləri ailənin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün internet əlaqəsi olan istənilən yerdən müraciət etmək imkanına malikdirlər. Vətəndaşların e-sistemə daxil etdikləri məlumatların təhlili, qərar qəbul edilməsi prosesi sistem tərəfindən avtomatik olaraq yerinə yetirilir. Bu məhz sosial yardım sistemində şəffaflığın, ünvanlılığın və operativliyin təmin olunmasının göstəricisidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu