Bir həftəyə 10 kilo arıqladan ən sadə PƏHRİZ
İsveç pəhrizi sürətlə və asanlıqla arıqlamaq istəyənlər üçün ən uyğun seçimdir. Xüsusən də son illər bu vasitəyə müraciət edənlərin sayı çoxalıb.
İsveç pəhrizi ilə 2 həftədə 7-20 kilo arıqlamaq mümkündür. Sürətlə çəki itirildiyi üçün bir çox həkimlər bu vasitəni məsləhət görmür. Tibbi baxımdan da qısa müddətə deyil, az-az və uzunmüddətli pəhrizlər tövsiyyə olunur. Lakin tez bir vaxta arıqlamaq istəyirsinizsə, seçiminiz İsveç pərhizi ola bilər. Bu üsulu seçənlərin diqqət yetirməli olduğu əsas 5 nüans var:
1. Pəhriz 13 günə bitməlidir. Yəni bu müddətdən çox davam etmək olmaz, sağlamlıq üçün təhlükəlidir.
2. Bu deiti yalnız 3 aydan sonra təkrarlamağa icazə verilir.
3. Səhhətində problem olan insanlara bu vasitə ilə arıqlamaq məsləhət görülmür.
4. Günorta və axşam yeməklərinin yerini dəyişə bilərsiniz.
5. Hər gün 2 litr su içməlisiniz.
Pəhrizin şərtləri:
I gün
Səhər: 1 fincan qəhvə və 1 parça qənd
Günorta: Suda qaynadılmış 2 yumurta, 1 ədəd pomidor və suda bişmiş 1 dəstə ispanaq
Axşam: Qızardılmış 200 qram mal əti, bir qab tərəvəz salatı
II gün
Səhər: 1 fincan qəhvə, 1 parça qənd, 1 dilim qızardılmış çörək
Günorta: Suda qaynadılmış 1 dəstə ispanaq, 1 pomidor, 1 meyvə
Axşam: Suda qaynadılmış 2 yumurta, 1 dilim kolbasa, 1 xiyar
III gün
Səhər: 1 fincan qəhvə və 1 parça qənd
Günorta: 1 dilim kolbasa, 100 qram qatıq
Axşam: Qızardılmış 200 qram mal əti, 1 qab tərəvəz salatı, 1 meyvə
IV gün
Səhər: 1 fincan qəhvə, 1 parça qənd, 1 dilim qızardılmış çörək
Günorta: Suda qaynadılmış 1 yumurta, rəndələnmiş 1 ədəd kök, 25 qram yağsız, ağ pendir
Axşam: 2 dilim portağalın suyu, 100 qram qatıq
V gün
Səhər: Rəndələnmiş 1 böyükölçülü kök (limonla)
Günorta: 200 qram yağsız balıq ( limon və kərə yağı ilə)
Axşam: Qızardılmış 200 qram mal əti, xiyar salatı, brokoli
VI gün
Səhər: 1 fincan qəhvə və 1 parça qənd
Günorta: Suda qaynadılmış 2 yumurta, rəndələnmiş 1 böyükölçülü kök
Axşam: Dərisi soyulmuş 200 qram toyuq əti, xiyar
VII gün
Səhər: Şəkərsiz çay
Günorta : Qızardılmış 200 qram mal əti, təzə meyvə
Axşam: Heç nə
Hazırladı: KÖNÜL