İntihara cəhd edən şagirdin atası 109 saylı məktəbdə təhqir edildi- VİDEO




Xəbər verildiyi kimi, Nizami rayonu 109 nömrəli orta məktəbin 5-ci sinif şagirdi Əliyeva Fatimə Şamxal qızı intihara əl atıb.

F.Əliyevanın yaxınlarının verdiyi məlumatda bildirilir ki, ona uzun müddətdir məktəbin Nigar və Bahar adlı müəllimələrindən təzyiqlər varmış. Buna səbəb isə Fatimənin əvvəlcə həmin müəllimlərindən yanına hazırlığa getməsi, daha sonra başqa müəllim tapıb onlardan ayrılması olub. Ardınca məktəbdə Nigar müəllimə tərəfindən 50 manatdan pul yığılıb. Fatimənin ailəsinin imkanı çatmadığı üçün 20 manat verməli olublar. Üst-üstə baş verən hər iki hadisədən sonra müəllimələr uşağa savaş açıblar.

F.Əliyevanın atasının adıçəkilən məktəbdə olması və məktəbdə müəllim işləyən Kərimova Gülnazla mübahisə etməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb. Həmin görüntülərdən aydın olur ki, müəllim şagirdin valideynini təhqir etməkdən belə çəkinmir.



İntihara cəhd edən şagirdin atası 109 saylı məktəbdə təhqir edildi-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu