Məhərrəm Əliyev Özbəkistanın ədliyyə naziri ilə görüşüb




Ədliyyə nazirinin müavini, general-leytenant Məhərrəm Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Tashkent Law Spring” Beynəlxalq Hüquq Forumunda iştirak edib.



Özbəkistanın Ədliyyə Nazirliyi, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Birləşmiş Millətlər Təşkilatının Özbəkistandakı İnkişaf Proqramının təşkilatçılığı ilə baş tutan forum çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri M.Əliyev aprelin 25-də Özbəkistanın ədliyyə naziri Ruslanbek Davletovla görüşüb.

Görüşdə ədliyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri istiqamətində geniş müzakirələr aparılıb. Nazir R.Davletovun Azərbaycana rəsmi səfəri ilə bağlı ədliyyə naziri, birinci dərəcəli ədliyyə müşaviri Fikrət Məmmədovun dəvəti qarşı tərəfə çatdırılıb.

R.Davletov rəsmi dəvətə görə təşəkkür edib və bu səfərin reallaşacağına ümidvar olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ərtafinda da fikir mübadiləsi aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu