“Diqlas”dan 86 sahibkarın malı çıxarıldı




Yanğın baş verən “Diqlas” ticarət mərkəzindən 86 sahibkarın malları artıq çıxarılıb.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Hadisə yerində olan S.Məmmədov bildirib ki, artıq 3 gündür köç prosesi başlayıb: “Bildiyiniz kimi, yanğın hadisəsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən nəzarətə götürülmüşdü. Hazırda mallar ticarət mərkəzindən çıxarılır. İndiyə qədər 86 sahibkarın malları çıxarılıb. Hər bir çıxan mal aktlaşdırılır, yararlı mallar akt əsasında sahibkara təqdim olunur, zərər dəymiş mallar isə xüsusi ayrılmış anbara göndərilərək qiyməti dəqiqləşdirilir".

Nazir müavininin sözlərinə görə, malların daşınması üçün bütün qüvvələr səfərbər olunub: "Sahibkarlara nəqliyyat vasitələri ayrılıb və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar ki, mallar tez bir zamanda buradan köçürülsün”.

Ticarət mərkəzinin söküntüsü ilə bağlı qərar isə yaxın vaxtda ictimaiyyətə açıqlanacaq.(Trend)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu