Avrasiya Kombat Ciu-Citsu Federasiyasında yeni təyinat




Avrasiya Kombat Ciu-Citsu Federasiyanın İdarə Heyyətinin 15 mart 2019-cu il tarixində iclası keçirilib.



AFN

xəbər verir ki, Federasiyanın prezidenti Aqil Acalovun və 1-ci vitse prezident Rəsul Məmmədovun başçılığı ilə keçirilən iclasda 2019-cu ildə görüləcək işlərlə bağlı müzakirələr aparılıb və yeni qərarlar qəbul edilib. AKCCF-ın İdarə Heyyətinin qərarına əsasən Federasiyanın mədəniyyət şöbəsinin müdiri vəzifəsinə Zavir Nəcəf oğlu Nəcəfov təyin edilib.
Zavir Nəcəf oğlu Nəcəfov 1982-ci ildə Qusar rayonunda anadan olub. 1998-ci ildə Qusar rayon 6 saylı məktəbi bitirib. 1999-cu ildə Azərbaycan Texniki Universitetinə daxil olub. 1999-2011-ci illərdə Azərbaycan Nəşriyyatında reklam şöbəsinin müdiri, 2011-2015-ci illərdə “Qarant Sığorta” ASC şirkətində fərdi satış söbəsinin müdiri, 2016-2018- illərdə “Standart İnsurance” ASC şirkətində baş mütəxəssis vəzifələrində çalışmışdır. O,hal hazırda “Qala Sığorta” ASC şirkətində baş mütəxəssis vəzifəsində çalışır. Eyni zamanda “Suvar” Ləzgi Xalq mahnı və rəqs ansamblının rəhbəri vəzifəsində çalışır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu