Nazarbayevin qızı Qazaxıstan parlamentinin sədri seçildi
Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva Qazaxıstan parlamentinin sədri seçilib.
Qaynarinfo-nun tengrinews.kz saytına istinadən məlumatına görə, onu bu vəzifəyə yeni prezident Kasım-Jomart Tokayev təklif edib. Nazarbayeva gizli səsvermə yolu ilə seçilib. İclasa qatılan 44 millət vəkili onun namizədliyini dəstəkləyib.
Qeyd edək ki, Nazarbayevin qızı bundan öncə parlamentin beynəlxalq əlaqələr komitəsinin sədri olub.