ADU-da “Zərif İmzalar” adlı tədbir keçirilib




Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Zərif İmzalar” adlı tədbir keçirilib.



ADU-nun rektor akademik Kamal Abdulla Azərbaycan qadınlarının gözəlliyindən söz açıb: “Əsl gözəllik, əsl zahir, əsl təzahür daxilin sanki əks-sədasıdır. İntellektual, mənəvi, insani əks-sədasıdır, ləyaqətin, namusun əks-sədasıdır. Daxildə bunlar olmasa, zahiri gözəllik də mümkün deyil”. Rektor qadınları bayram münasibətilə təbrik edib: “Mən sizin özünüzün özünüzə arzuladığınızı arzulayıram. Özünüzə həmişə elə arzu edin ki, ona çatmaq üçün canfəşanlıq edəsiniz, çətinliklərdən keçəsiniz. İnsan hər zaman ucalıqlara can atmalıdır”. Azərbaycan multikulturalizmindən danışan rektor bildirib ki, bu istiqamətin dünya arenasına çıxmasında ölkə prezidenti İlham Əliyev ilə yanaşı, vitse-prezident, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın gördüyü işlər mühüm əhəmiyyət kəsb edir.

Millət vəkilləri Dilarə Cəbrayılova, Pərvin Kərimzadə, əməkdar elm xadimi jurnalist Nailə İslamzadə, Nərimanov rayonu 45 nömrəli məktəbin direktoru Nəcibə Axundova, Səbail rayonunun bələdiyyə sədri Mehriban Paşayeva Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi, sosial, iqtisadi həyatındakı rollarından söz açıblar.

Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin 243b qrup tələbəsi Kənan Hücətzadə, Təhsil fakültəsinin 105-ci qrup tələbəsi Aygün Məmmədova Azərbaycan tarixində ilklərə imza atmış tanınmış qadınlar haqqında məlumat veriblər.

Daha sonra “Azərbaycan Qadınları” adlı video-çarx nümayiş olunub.

Tədbir müzakirələrlə davam edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu