Son terapiya nəticə verməkdədir- Balaca İbrahimə köməyinizi əsirgəməyin




Son terapiya nəticə verməkdədir. Artıq İbrahimin saçı, qaşları, kirpikləri çıxmağa başlayıb. Anası bir kənara, özünün sevincini görəsiniz... Az qalır güzgünün içinə girə, çıxmaqda olan nazik tükləri bir-bir göstərib qəşş edir: “Ana, bax, saçlarım çıxır...”.



Uzanmaqda olan saçları İbrahimə ümid verir. İndi o, sağalacağına daha çox inanır. İnanır ki, müalicə ilə xərçəng illətindən bir dəfəlik yaxa qurtaracaq,səhərlər yatağından anasından dəstək almadan qalxacaq, ağzına maska taxmadan evdən çıxacaq. Daha uşaqları pəncərədən izləməyəcək. İstədiyində həyətə düşəcək, digər uşaqlar kimi sağa-sola qaçacaq, anasının qucağında gəzməyəcək, öz ayaqlarının üstündə dayanacaq.

Sağalacağına həddindən artıq inanır və xəyallarının gerçəkləşməsi üçün əlindən gələni edir. Dərmanlarını vaxtlı-vaxtında içir, həkimlərin sözündən çıxmır...
İbrahimin tam sağalması üçün növbəti terapiyadan keçməlidir. Bu terapiya sonuncu da ola bilər. İbrahimi sağlığına qovuşduracaq bu terapiyanı martın 20-nə qədər olmalıdır. Ailəsinin isə buna imkanım çatmır. Tələb olunan məbləği toplamaq üçün İbrahim sizdən-bizdən yardım gözləyir. Gəlin, 4 yaşlı bu igidin gözünü yolda qoymayaq. Hər kəsi imkanı daxilində İbrahim üçün açılan bank hesabına pul köçürə bilər. Güc birlikdədir. Birlik olarsa, bu məbləğ bir günə yığıla bilər.



P.S. Bu günə qədər İbrahimin yanında olduğunuz üçün hər birinizə təşəkkür edirik. Allah etdiklərinizin min əvəzini versin!
Əlavə məlumat üçün İbrahimin anası ilə əlaqə saxlaya bilərsiniz: 051 517 43 35 ( Püstəxanım-)
380194401663363401 AZE16634676 REKVIZIT MILLION Alanın Bankı / Beneficiary
Bank Bank Respublika ASC Sumqayit filiali Kod: 504777 VOEN: 9900001901 M/h: AZ80NABZ01350100000000014944
SWIFT: BRESAZ22
Alan / Beneficiary Adı / Name: PUSTAXANIM
Soyadı / Name: HUSEYNOVA
IBAN : AZ60BRES00380194401663363401

“MilliÖn”de bank xidmətlərinə daxil olub Bank Respublikanı seçin.
380194401663363401
AZE 16634676



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu