Mətbuat Şurası və “Azərkitab” Kitab Təbliğatı Mərkəzi jurnalist, şair-publisist Mədət Əyyuboğlunun 60 illik yubileyi ilə bağlı birgə toplantı keçirib




Azərbaycan Mətbuat Şurası “Azərkitab” Kitab Təbliğatı Mərkəzi ilə birgə tanınmış jurnalist, şair-publisist Mədət Əyyuboğlunun anadan olmasının 60 illiyi ilə bağlı toplantı təşkil edib. Toplantıda “Şair-publisist Mədət Əyyuboğlu” kitabı təqdim olunub.



Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Mədət Əyyuboğlunu ölkəmizdə jurnalistikamızın inkişafında müstəsna yeri və rolu olan fakir adamı kimi xarakterizə edib. O bildirib ki, yubilyarın jurnalistikanın müxtəlif sahələrində çalışaraq topladığı zəngin təcrübə örnək xarakter daşıyır: “Mədət müəllim mətbu sözün ictimai mahiyyətinə daim sadiq qalıb, müstəqilliyin ilk illərində azad media quruculuğunda fəal iştirak edib, istedadlı şair kimi də çağdaş ədəbi-bədii prosesdə fərqlənməyi bacarıb, öz üslub və məramı ilə seçilib”, - deyən Ə.Amaşov M.Əyyuboğlunu eəhbərlik etdiyi qurumun fəxri yubiley diplomunu təqdim edib.

Yenicə çapdan çıxmış və ilk nüsxələri məclis iştirakçılarına təqdim olunan “Şair-publisist Mədət Əyyuboğlu” kitabının müəllifi, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli çıxışında yubiliyar həmkarı barədə geniş məlumat verib. O bildirib ki, M.Əyyuboğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra bir sıra qəzet və jurnallarda, Ombudsman aparatında, AZƏRTAC-da çalışıb, 60 yaşına təcrübəli jurnalist, istedadlı şair-publisist kimi mənalı ömür yolu keçərək yetişib. Nüfuzlu yazarın çağdaş oxucu üçün üçün iki yaradıcı obrazı var. Birincisi, şair Mədət Əyyuboğlu, ikincisi, publisist Mədət Məmmədov və hər iki obraz bir-birini tamamlayır. Onun publisistik yazıları essevari şeiriyyəti ilə seçilir, poeziyası publisistik dücüncənin ciddiliyi ilə aktuallıq kəsb edir.

Toplantıda çıxış edənlər yubiliyarın ömür yoluna və ədəbi-publisistik yaradıcılığına geniş nəzər salıblar. BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli, Azərbaycan Mətbuat Şurası sədrinin müavinləri - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Əməkdar jurnalist Tahir Aydınoğlu, media eksperti Xalidə Bağırova, “Azərkitab” Kitab Təbliği Mərkəzinin rəhbəri Sabir Həsənov və digər çıxış edənlər həmçinin M.Əyyuboğlunuin yüksək insani və peşəkarlıq xüsusiyyətlərindən söz açıb, xatirələrini bölüşüblər.

Həmkarları və dostları Əli Rza Xələflinin “Şair-publisist Mədət Əyyuboğlu” kitabında əksini tapmış məqamlara da diqqət yetirərək bildiriblər ki, bu dəyərli nəşrdə tanınmış şair, ictimai xadim, mətbuat təşkilatçısı Mədət Əyyuboğlunun həyat və yaradıcılıq yolundan bəhs edən məqalələr, ədəbi düşüncələr, rəylər və mülahizələr toplanıb.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu