Moskvada qətlə yetirilmiş azərbaycanlının şəxsiyyəti müəyyənləşdirilib
Moskvanın Səmərqənd bulvarında qətlə yetirilmiş azərbaycanlının şəxsiyyəti müəyyənləşdirilib.
Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, bu, 52 yaşlı Qərib Orucovdur.
Onu evin girişinə yaxın bir yerdə dövlət nömrə nişanları palçıqla örtülmüş “BMW X6” avtomobilində gözləyiblər. Cinayətkarlar Qərib Orucova azı 5 dəfə atış açıblar.
Polis bu hadisənin “Neolit” kafesində baş verənlərlə bağlılığının olub-olmnamasını yoxlayır.
* * *10:40
Moskvada 45 yaşlı azərbaycanlı güllələnərək öldürülüb.
Bu barədə 5-tv.ru portalı məlumat yayıb.
Polisdən verilən məlumata görə, “BMW X6” markalı avtomobildə olan şəxslər azərbaycanlıya atəş açıblar.
Hazırda onların tapılması üçün əməliyyat-axtarış tədbirləri aparılır.
İlkin ehtimallara görə, bu hadisə dünən axşam saatlarında Moskvada baş vermiş çeçenlərlə azərbaycanlılar arasındakı insidentlə əlaqəlidir.