Dağıstanda MMA döyüşçüsü güllələndi


Fight Nights qarışıq döyüş növləri üzrə döyüşçü, 21 yaşlı Maqomed Mutaev Dağıstanda öldürülüb.



Bu barədə Shot Telegram kanalı xəbər verib.

Hadisə Mahaçqalanın mərkəzində baş verib. Naməlum şəxs idmançıya evinin yaxınlığında arxadan yaxınlaşaraq tapançadan 8 dəfə atəş açıb. Hadisə yerində müstəntiqlər və kriminalistlər işləyir.

Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, şübhəlinin şəxsiyyəti müəyyən edilib və polis onun tutulması üçün tədbirlər görür.

Ehtimallara görə, qətlin səbəbi qisas almaq olub. Bu barədə Mash teleqram kanalı yazıb.

Mutaev Abdulmanap Nurməhəmmədov adına döyüş sənəti məktəbində təhsil alıb və Həbib Nurməhəmmədovun atasının şagirdi olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu