Oğlunun gözü qarşısında arvadını öldürüb, intihar edən şəxs azərbaycanlı imiş - YENİLƏNİB + VİDEO




Övladının gözü qarşısında arvadını güllələyən şəxs barədə yeni təfərrüat açıqlanıb.

Bu barədə “Zvezda” xəbər yayıb.

Məlum olub ki, Arif Salayev milliyyətcə azərbaycanlı imiş. Qonşunun sözlərinə görə, onun haqqında pis heç nə deyə bilməz:

“Hər zaman salamlaşardı, xeyirxah biri idi. Həmişə uşaqları ilə masaüstü tennis oynayardı. Arada spirtli içki qəbul edirdi”.

O, əlavə edib ki, Arif yerli yük terminalında fəhlə işləyib.

Qonşunun ehtimalına görə, faciə qısqanclıqdan yaranan ailə münaqişəsi zəminində baş verə bilər.

09:15

Çoxuşaqlı Arif Salayev övladının gözü qarşısında arvadını güllələyib, sonra intihar edib.

Rusiyanın paytaxtında baş verən dəhşətli hadisə barədə “LIFE SHOT” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, Arif arvadı Yelenaya üç dəfə atəş açıb. Bundan sonra uşaq dəhlizə qaçaraq qonşulardan polis çağırmasını istəyib.

“Qətldən sonra Arif silahla arvadının otağından çıxıb, sonra öz otağına girib. Orada daha bir atəş səsi eşidilib”, - deyə məlumatda bildirilir.

Qonşuların sözlərinə görə, ailədə beş uşaq var. Ancaq hadisə baş verən vaxt evdə səkkiz yaşlı oğulları olub. Onlar bildirib ki, ailənin maddi vəziyyəti yaxşı olub. Salayevlər 13 ildən artıq bu evdə yaşayıb.

“Mash” “Telegram” kanalı xəbər yayıb ki, Arif və Yelena boşanmalarına baxmayaraq, bir yerdə yaşayıblar.

Hadisə ilə bağlı istintaqa başlanılıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu