Rusiyada çeçenlər və tatarlar arasında kütləvi dava- VIDEO
Rusiyanın Tümen vilayətinin Tobolsk rayonundakı “Voyaj” kafesində kütləvi dava baş verib.
Ura.ru saytının verdiyi məlumata görə, tatar və çeçen diasporları arasında dava fevralın 9-u, gecə saatlarında olub.
Onlar əvvəlcə rəqs meydanında dalaşıblar, daha sonra isə kafedəki stullarla bir-birinə hücum ediblər.
Münaqişəyə kafeyə gələn iki müştəri arasındakı mübahisə səbəb olub.
Polis davanın bütün iştirakçılarının şəxsiyyətini müəyyənləşdirib. Faktla bağlı cinayət işi başlanıb.
Mənbə: Musavat.com