Azərbaycanda zəlzələ: insanlar küçələrə axışdı, icra başçısı sakinlərlə görüşdü- VİDEO




Şamaxıda ötən gün zəlzələ olub.



Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla 19:29-da Pirqulu stansiyasından 9 km qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Təkanlar ətraf kənd və rayonlarda hiss olunub. Təşvişə düşən sakinlər evlərini tərk edib. Rayon icra başçısı Tahir Məmmədov sakinlərlə söhbətləşib və mümkün qədər gecəni binalarda keçirməməyi məsləhət görüb.

FHN-dən isə bildirilib ki, təkanlardan sonra hər hansı dağıntı baş verməyib. (baku.ws)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu