“İcbari tibbi sığortaya böyük ehtiyac var”- baş nazirin müavini




"İcbari tibbi sığorta 2020-ci ildən ölkə miqyasında tətbiq ediləcək. Hazırda Mingəçevir şəhəri, Ağdaş və Yevlax rayonlarında pilot layihə kimi icra edilir".

Bunu baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. Ə.Əhmədovun fikrincə, pilot layihələrin nəticəsi göstərir ki, insanların buna çox böyük ehtiyacı var: "Bu layihələr həyata keçirilərəkən müəyyən təcrübə əldə olunub. 2019-cu il gələn il ölkədə tətbiq olunacaq icbari tibbi sığortaya hazırlıq mərəhələsi kimi qiymətləndirilə bilər".

Baş nazirin müavini deyib ki, qarşıdakı il ərzində bütün xəstəxanaların bu istiqamətdə hazırlanması ilə əlaqədar lazım olan işlər aparılacaq: "İnanıram ki, pilot layihələr zamanı toplanmış təcrübələr kifayət edir ki, bir il ərzində xəstəxanalar icbari tibbi sığorta üçün hazırlansınlar. Güman edirəm ki, hazırlanacaqlar. Hesab edirəm ki, Azərbayacanın icbari tibbi sığorta sahəsindəki təcrübəsi uğurlu olacaq və vətəndaşlar ehtiyac hiss etdikləri bu məsələdən faydalanacaqlar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu