Azərbaycanda qaydasız döyüş üzrə dünya çempionu qripdən vəfat etdi
Qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədov dünyasını dəyişib.
AFN Modern.az-a istinadən xəbər verir ki, idmançının ölüm səbəbi qripdir. İdmançının nəşi dəfn olunması üçün Sabirabada aparılıb.
Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova faktı təsdiqləyib.
S.Məmmədova bildirib ki, Xamis Məmmədov bir müddət əvvəl sooyuqdəymədən müalicə alıb: "Daha sonra xəstəlik şiddələnib və onun bədənində iltihabi proses baş verib. Təəssüf ki, idmançı dünyasını dəyişib”.