Rusiyada təyyarənin qəzaya uğrama anının görüntüləri yayılıb- VİDEO
Rusiyanın Murmansk vilayət aerodromunda “Tu-22M3” tipli təyyarənin eniş zamanı qəzaya uğrama anının görüntüləri yayılıb.
“RİA Novosti” xəbər verir ki, çərşənbə axşamı plan çərçivəsində təlim-məşq uçuşunu yerinə yetirdikdən sonra güclü küləklə müşahidə olunan qar yağışına düşən “Tu-22M3” tipli təyyarə sərt eniş edib.
Bu zaman bombardımançı hissələrə parçalanıb və yanmağa başlayıb. Nəticədə 3 nəfər ölüb, bir yaralı ağır vəziyyətdə reanimasiyadadır.
[media=https://www.youtube.com/watch?time_continue=105&v=_wpOkUUCoZ8]
Mənbə: Report