Rusiya Türkiyə aviaşirkətini 5,5 mln. rubl cərimə edib
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Türkiyə aviaşirkəti “AtlasJet”i Tümənə qanunsuz reys həyata keçirdiyi üçün cərimə edib.
“Finans.az” Türkiyə mediasına istinadən xəbər verir ki, qurumun yaydığı məlumatda “AtlasJet”in 14 dəfə qaydaları pozduğu bildirilir.
İyul-sentyabr ayları ərzində aviaşirkət Antalya-Tümen uçuşlarını həyata keçirib.
Şirkət Rusiyaya giriş icazəsi olmadan Misir vətəndaşını gətirdiyinə, göyərtədə qida satışından sui-istifadə hallarına görə ümumilikdə 5 mln. 500 min rubl (82 min 800 dollar) cərimə olunub.