Hava limanı istiqamətində sürət həddi bərpa edilidi




Paytaxtın Heydər Əliyev prospekti - Hava limanı - Bilgəh və Zığ dairəsi - Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətə qaytarılıb.

Bu barədə AFN-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla yanaşı hər iki yoldakı elektron tablolarda yandan əsən külək işarəsi qoyulub.

Xatırladaq ki, qeyd edilən avtomagistrallarda bütün zolaqlar üzrə sürət həddi yanvarın 16-dan 17-nə keçən gecədən hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar 20 km/saat həcmində aşağı salınmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu