Mehdi Səlimzadəyə ittihamlar: Qohumların “reket”liyi, maaşların maxenasiyası, şantaj videoları...
“Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qardaşının kürəkəni Famil Bəkirova məxsus “Famil A” MMC 500-dən çox vətəndaşın maaş kartına sahib olub. Belə ki, işsizliyin aradan qaldırılması proqramına əsasən, Göyçay Rayon İcra Hakimiyyəti müsabiqə keçirib və bu lahiyənin tenderinin məhz başçının qohumu Famil Bəkirovun adına yaradılmış “Famil A” MMC qalibi olub”.
AFN xəbər verir ki, şəhər sakini Vaqif Əliyev şikayət məktubu yazaraq məlumat verib. O iddia edir ki, bundan sonra rayonda aparılan tikinti-təmir və digər işlərində fəhlə kmi işlədilməsi adı ilə 500-dən çox vətəndaşa maaşlar yazılıb və başçı tərəfindən mənimsənilib:
“Hazırda həmin maaş kartları adları işçi kimi qeydə alınmış vətəndaşlarda deyil, Famil Bəkirovun cibindədir. Talan edilən pulun 90 faizi Mehdi Səlimzadəyə çatır. Hər ay 500 nəfərdən çox vətəndaşa maaş yazılır anacaq nə iş var, nədə ki adları işçi kimi yazılan şəxslərin maaşdan xəbələri yoxdur”.
Şikayətçinin sözlərinə görə, Famil Bəkirov Göyçayın icra başçısı Mehdi Səlimzadənin qardaşı Surxay Cəbrayılovun qızı Telli müəllimin həyat yoldaşıdır: “Həmin Telli müəllim ki, işlədiyi Göyçay şəhər 5 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmaq üçün hazırkı direktor Solmaz Kazımovanı şantaj etdirmək üçün pullar xərcləyir. Hətta icra başçısının qardaşı qızı Telli Bəkirovanın ali təhsil alması barədə diplomu saxtadır”.
Vaqif Əliyevin iddiasına əsasən, Göyçay şəhər 5 nömrəli tam orta məktəbə ocaqçı (kaçaqar) vəzifəsinə təyin olunmş Telli Bəkirova əmisinin icra başçısı vəzifəsinə təyinatından dərhal sonra birdən-birə məktəbdə təşkilatçı vəzifəsinə gətirilib: “Telli Bəkirovanın anası Solmaz Tağıyeva isə Potu kənd tam orta məktəbə direktor vəzifəsinə təyin olunur. Ana Solmaz müəllimə Potu kənd orta məktəbdə, qızı Telli Bəkirova isə 5 nömrəli tam orta məktəbdə “reketçilik”lə məşğul olurlar”.
Daha bir iddia ondan ibarətdir ki, icra başçısı olan əmiyə 2 milyon manat pul atdığı üçün qardaş oğlu Səməd Cəbrayılov arzuolunmaz şəxs elan edilib: “O, qəssablıqla məşğul olurdu ki, əmi icra başçsı olduqdan sonra tez saxta diplom əldə edib onu Göyçay Gənclər Mərkəzinə müdir, az sonra isə İcra Hakimiyyətinin kadrlar şöbəsində eyni vəzifəyə gətirilir. Bundan sonra Səməd əmisinin kassiri rolunu oynamağa başlayır. Naxələflik edib əmiyə 2 milyon manat pul atdığı məlum olduqda Səməd Cəbrayılov işdən azad edilir”.
Şikayətçinin deməsinə görə, hazırda Səməd əmisinin və Göyçay rayonunda vəzifədə olan məmurların ifşaedici video çəklişlərini ictimailəşdirəcəyi ilə onlara hədə-qorxu gəlməklə məşğuldur:
“İdarə və müəssisə müdirləri başçıya verdikləri haqqı Səməd Cəbrayılov yığırdı deyə həmin vaxt o, bütün prosesləri gizli video lentə alırmış. Həmin video çəklişlərin ictimailəşdirilmıəsi hədəsi ilə əmini və vəzifəli şəxsləri şantaj edən Səməd Cəbrayılov bu yolla əvvəlki vəzifəsinə qaytarılmaq istəyir.İfşa olunanlardan birincisi isə Göyçay rayon Maliyyə İdarəsinin müdiri Firdovsi Rəhimovdur. Onun başçıya çatacaq pulun Səmədə verilməsi məqamı çəkilən videonun səs yazısı sosial şəbəkədə yayıldı. Hətta Səməd Cəbrayılov işinə bərpa edilməyəcəyi təqdirdə müxalifətə qoşulacağı ilə əmisini şantaj edir”.
Vaqif Əliyev yazır ki, Göyçay rayon sakinləri Mehdi Səlimzadənin özünün və qohumlarının bu əməllərindən cana yığılıblar: “İcra başçısı Mehdi Səlimzadənin və yaxın qohumlarının etdikləri talançılıqdan, reketçilikdən və özbaşınalıqlardan Göyçay rayon sakinləri beziblər. Rayon sakinləri bu insanların cinayət əməllərindən çox əziyyət çəkirlər. Göyçay rayon sakinləri səbirsizliklə gözləyirlər ki, korrupsiyaya qurşanmış Mehdi Səlimzadəni və onun qohumları cəzalandırılacaq.
Göyçay RİH-in rəsmi e-mail ünvanına yuxarıda qeyd olunan ittihamlarla bağlı sorğu göndərsək də, təəssüf ki heç bir cavab ala bilmədik. Hər bir halda qarşı tərəfi də dinləməyə hazırıq.