Türkiyədə batan gəminin kapitan köməkçisi dəfn olundu
Qara dənizdə “Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində həlak olan iki azərbaycanlıdan biri, gəmi kapitanının baş köməkçisi, 40 yaşlı İbrahimov Məmmədəli Surxay oğlunun cənazəsi dünən axşam Azərbaycana gətirilib.
Hazırda Neftçala rayonunun Bankə qəsəbəsində onun dəfn mərasimi keçirilir.
Mərhum dənizçinin üç məktəbli qızı və həyat yoldaşı valideynləri ilə birgə Bankə qəsəbəsində yaşayırlar.
Məmmədəli İbrahimov Dənizçilik Akademiyasını bitirmişdi və 20 ildən çoxdu ki, dənizçi idi. (virtualaz.org)