Gəncədə ağır qəza- Ölən və xəsarət alanlar var




Gəncə şəhərinin Xətai prospektində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən verilən məlumata görə, yanvarın 6-da saat 1 radələrində Gəncə şəhərinin Xətai prospektində şəhər sakini Ceyhun Alıyevin idarə etdiyi “VAZ-2107” və Şəmkir rayon sakini Sakit Həsənovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə C.Alıyevin sərnişini Aydın Qəribov hadisə yerində ölüb, sürücülər xəstəxanaya yerləşdiriliblər.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu