Nazirlikdə 2 təyinat: Anar Hüseynov və Vüqar Hüseynova vəzifə verildi
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.
Modern.az-ın əldə etdiyi məlumata görə, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə direktor təyin edilib.
"Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Nazirlər Kabinetinin 26 sentyabr tarixli qərarı ilə yaradılıb və tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan, fəaliyyəti məqsədəuyğun hesab edilməyən və ləğv edilən 26 MMC daxildir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumatı təsdiqləyiblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsinin icrası isə Vüqar Hüseynova həvalə olunub. Vüqar Hüseynov buna qədər həmin şöbədə müdir müavini vəzifəsində çalışıb.
V.Hüseynov faktı təsdiqləyib. V. Hüseynov əvvəllər APA TV-də direktor vəzifəsində çalşıb.