"Qarabağ" qələbə qazandı - YENİLƏNİB


Matç "Qarabağ"ın 3-1 hesablı qələbəsi ilə başa çatıb.

***

84-cü dəqiqədə "Qarabağ" Kaşukla hesab arasındakı fərqi artırıb.

***

79-cu dəqiqədə kobud oyuna görə "Şamaxı"nın daha bir futbolçusu, Abdul Raşid Mumini sarı vərəqə ilə cəzalandırılıb.

***

72-ci dəqiqədə "Şamaxı"nın 4 nömrəli oyunçusu Rui Paşeko kobud oyuna görə sarı vərəqə alıb.

***

59-cu dəqiqədə "Qarabağ" önə keçib. Bu dəfə də "fərqlənən" "Şamaxı"nın oyunçusu olub. Belə ki, Rikardo Apolinario avqotola imza atıb.

***

Oyunun 2-ci hissəsi başladı. 

***

İlk hissəyə əlavə olunmuş dəqiqədə "Şamaxı"nın qapıçısı Rikardo Fernandes sarı kartla cəzalandırıldı.

İlk hissə 1-1 hesabı ilə başa çatdı.

***

43-cü dəqiqədə "Şamaxı" hesabı bərabərləşdirdi. Qolun müəllifi 10 nömərli futbolçu Edqar Adilxanov oldu.

İlk hissəyə 1 dəqiqə əlavə edilib.

***

"Qarabağ" 28-ci dəqiqəqdə hesabı açıb. Qolun müəllifi Renaldo Sefas olub.

***

21-ci dəqiqədə "Şamaxı"nın 25 nömərli futbolçusu Felipe Markes kobud oyuna görə sarı kartla cəzalandırıldı.

***

Oyun başladı. 

***

"Qarabağ"ın ilk 11-i: 99. Mateus Koxalski, 25. Cebrail Makreçkis, 2. Mateus Silva, 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 88. Samuel Lobato, 9. Coni Montiel, 20. Kadi Borqes (K), 7. Jali Muaddib, 29. Renaldo Sefas, 22 Musa Qurbanlı.

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Martin Zlomisliç, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 32. Hikmət Cəbayılzadə, 49. Əli Bəşirov, 18. Dani Bolt.

Baş məşqçi: Qurban Qurbanov. 

"Şamaxı"nın ilk 11-i: 1. Rikardo Fernandes (K), 5. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 10 Edqar Adilxanov, 25 Filipe Markes, 13. Rikardo Apolinario, 11. Ayman Bouali, 3. Jota, 19. Abdullahi Şuaybu, 4. Rui Paşeko, 52. Abdul Raşid Mumini.

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 96. Nicat Qaragözlü, 14. Uğur Cahangirov, 80. Həbib İsmayılov, 2. Fariz Xeyrullayev, 7. Emil Süleymanov, 77. Okan Təhməzli, 88. Hacıəli Şirəliyev, 17. Sənan Muradlı, 66. Ceyhun Bağırzadə, 9. Tornike Axvlediani, 8. Teşaqer Dequ.

Baş məşqçi: Azər Bağırov

***

Bu gün Misli Premyer Liqasının 2026/27 mövsümündə 1-ci tura yekun vurulacaq. 

AFN.az xəbər verir ki, son gündə bir oyun baş tutacaq.

“Qarabağ” “Şamaxı” ilə qarşılaşacaq. Mərkəzi arenada keçiriləcək oyunu Rəvan Həmzəzadə idarə edəcək.

Xatırladaq ki, ilk turun əvvəlki oyunlarında “Turan Tovuz” “Qəbələ”yə (1:0), “Sabah” “Kəpəz”ə (2:0), “Zirə” “Şəfa”ya (2:0) qalib gəlib. “Araz-Naxçıvan” – “İmişli” matçı qolsuz bitibsə, “Sumqayıt” “Neftçi”yə (1:3) məğlub olub.

Misli Premyer Liqası
1-ci tur
17 avqust

“Qarabağ” – “Şamaxı”
Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Şirmamed Mamedov, Cavid Cəlilov
VAR: İnqilab Məmmədov
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu