Ukraynanın müdafiə naziri istefa verdiyini təsdiqlədi
Ukraynanın müdafiə naziri Mixail Fedorov vəzifəsini tərk etdiyini açıqlayıb.
AFN.az xəbər verir ki, Mixail Fedorov müdafiə naziri kimi Ukrayna xalqına xidmət etməyi böyük şərəf adlandırıb.
Ukrayna mediasının yaydığı məlumata görə, Fedorovun "Ukroboronprom" dövlət konserninin rəhbəri təyin oluna biləcəyi bildirilir.
Məlumata əsasən, Prezident Volodimir Zelenski Ali Radaya hazırkı daxili işlər naziri İqor Klimenkonun müdafiə naziri vəzifəsinə namizədliyini təqdim etməyi planlaşdırır.
RBC-Ukrayna isə mənbələrə istinadən yazır ki, Zelenski Fedorovu Nazirlər Kabinetində saxlamağı vəd edib.
Son aylarda Fedorov ölkədə məcburi səfərbərlik və hərbi qeydiyyat sistemi ilə bağlı problemlərin həll olunmamasına görə sərt tənqid olunurdu.


