Tramp zəlzələlərdən sonra Veneseulaya kömək etməyə hazır olduqlarını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp Veneseulada ard-arda baş verən 7,2 və 7,5 gücündəki iki zəlzələdən sonra bu ölkəyə hər cür yardımı etməyə hazır olduqlarını bildirib.
AFN.az xəbər verir ki, Tramp sosial media hesabından etdiyi paylaşımda "Veneseulanın möhtəşəm xalqını indicə 2 böyük zəlzələ vurdu, hər ikisi də çox şiddətli idi və dağıdıcı sayda can itkisinə səbəb oldu" ifadələrini işlədib.
ABŞ-nin hər cür yardıma hazır olduğunu qeyd edən Tramp bütün aidiyyatı qurumlara zəruri göstərişləri verdiyini diqqətə çatdırıb.
Tramp paylaşımında "Yeni və möhtəşəm dostlarımızın yanında olacağıq. Gələn ilk xəbərlər heç də yaxşı deyil" şərhini verib.
